Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur

Ürək sağlamlığını qorumaq istəyənlərə səhər yeməyində avokadodan istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu meyvə xolesterin səviyyəsinin azalmasına, qan təzyiqinin tənzimlənməsinə və ürək-damar sisteminin daha sağlam fəaliyyət göstərməsinə kömək edir.

Mütəxəssis bildirib ki, avokadonun tərkibində olan bitki sterolları zərərli xolesterinin səviyyəsini aşağı salır, antioksidantlar və E vitamini isə damarların sağlamlığını dəstəkləyir. Eyni zamanda, yüksək lif və kalium tərkibi sayəsində orqanizmdə duzun mənfi təsirlərini azaltmağa və ürək xəstəlikləri riskini aşağı salmağa kömək edir.

Araşdırmalar da göstərir ki, avokadonu müntəzəm istehlak edən insanlarda ürək-damar problemlərinə daha az rast gəlinir.