İsrailin Azərbaycandakı səfiri Corc Dikin mətbuat konfransında dediyi sözlər Ermənistanda qıcıq yaradıb.
Səfir bildirib ki, “Azərbaycan və İsrail arasında əməkdaşlıq regional gücə çevrilə bilər”.
Onun sözlərinə görə, Azərbaycan çətin qonşuluq şəraitində belə inkişafa nail olmaq şərəfdir.
“Azərbaycan da İsrail kimi çətin qonşuluqda yaşayır”, – diplomat əlavə edib.
Onun u sözlərini ermənilər özlərinə aid ediblər. Erməni mediası yazır ki, səfirin bu epitet çox güman ki, Ermənistana ünvanlanıb. Çünki Ermənistan mahiyyətcə Azərbaycanın münaqişəsi olan yeganə ölkədir.
Erməni mediası bildirir ki, İsraildən fərqli olaraq, Azərbaycanın İranla münasibətləri konfliktdən uzaqdır. Ona görə də, səfir İranı yox, məhz Ermənistanı nəzərdə tutur. Ermənilər hesab edirlər ki, səfirin “Şuşaya gedən ilk diplomat mən olmuşam” sözləri də eyhamın məhz onlara ünvanlandığını sübut edir.




