İsrail ordusu Suriyanın Dəra vilayətinə hücum edib.
Bu barədə “Əl-İxbariyyə” məlumat yayıb.
“İsrail işğalçı qüvvələri Dəra vilayətinin qərbində yerləşən Quveyya kəndinin şimal-qərbini üç müxtəlif növ mərmi ilə atəşə tutublar”, – məlumatda bildirilib.
Qeyd olunub ki, hücum Dəranın Əl-Cəzirə bölgəsindəki hərbi bazadan həyata keçirilib.




