İranın 3 şəhərində partlayış baş verib

İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.

Ölkənin cənub-şərqində yerləşən liman şəhəri Konarakda üç partlayış səsi eşidilib.

Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Buşehr şəhəri və ona yaxın olan Çoqadak şəhərinin ətrafında daha iki partlayış qeydə alınıb.

Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.