İranda internet problemi hələ də davam edir

Yaxın Şərqdə artan gərginlik fonunda İranda 60 saatdan çoxdur ki, internet yoxdur.

Bu barədə “NetBlocks” – internet azadlığını, senzuranı və texnoloji təhlükəsizliyi izləyən beynəlxalq monitorinq təşkilatı məlumat verib.

Qeyd edək ki, İran hökuməti internetə çıxışın məhdudlaşdırılmasını ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi ilə əsaslandırıb.