İran və Rusiya Xəzər dənizində təlimlərə start verir

İran və Rusiya iyulun 21-də Xəzər dənizində CASAREX-2025 təlimlərinə start verəcək.

Üç gün ərzində keçiriləcək təlimlər İran ordusunun Hərbi Dəniz Qüvvələri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı region ölkələrindən müşahidəçilərin iştirakı ilə baş tutacaq.

Bildirilib ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyi səviyyəsinin və Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasıdır.