İlham Əliyevlə Nikol Paşinyan TRIPP-lə bağlı növbəti addımları müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan TRIPP-in həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb.

Llderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.