Hövsanda su kəsiləcək

Hövsan kəndini içməli su ilə təmin edən xətdə baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılır.

Bu səbəbdən sentyabrın 1-i günorta saatlarınadək Hövsan kəndində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd olunub ki, yaranmış narahatlığa görə abonentlərdən üzr istənilir.