Görkəmli dövlət xadimi Heydər Əliyevin bacısı Şəfiqə Əliyevanın “Mənim anam” kitabından seçmələr…
İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdli kəndində anadan olub. Bu kənd Zəngəzurun bağ-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçilirmiş. Kəndin özülünü ulu baba Comərd qoyub. Onlar iki qardaş olublar: Comərd və qardaşı Alagöz Məhəmməd. İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir. Comərdli kəndində yaşayanların hamısı bu tayfadan hesab olunur. Dağ qızı olan İzzət xanım elə dağ kimi də uca, əzəmətli, vüqarlı olub. Füsunkar gözəlliyi, qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənib. Ağır təbiətli, utancaq olduğu üçün babası onu çox sevərmiş.
Ermənilərin Zəngəzur torpağına olan təcavüzü İzzət xanımın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir. Öz torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə – Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşırlar. Həyat yoldaşı rəhmətlik Əlirza və İzzət xanım isə Naxçıvana gəlirlər. Lakin İzzət xanımın çəkdiyi müsibətlərin hamısından dəhşətlisi Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin meyiti onu sarsıdıb. İzzət xanım qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il İzzət xanım bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona verirlər. Özü nəql edirdi ki, “qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim”. Məsmə, Səkinə, Rzaqulu, Humay…Onlar İzzət xanım üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər”.
İzzət xanım oğlanlarından abır edər, bir dəfə də olsun, başıaçıq onlarla üzbəüz oturmazdı. İzzət xanımın oğlanlarının ağlı kəsəndən onu bir dəfə də olsun, başı açıq görmədilər. İzzət xanımın qızı Şəfiqə xanımın söylədiklərundən: “Hətta xatirimdədir, bir dəfə mən evdə onun başını darayardım. Qəflətən qapı döyüldü. Anam Heydər qardaşımın gəldiyini duyub tez kəlağayısını başına örtdü. Ana-övlad pərdəsini anam əvvəldən bu cür hörmət saxlamaqla qoruyurdu”.
İzzət xanımbütün varlığı ilə Allaha bağlı olan bir qadın olub. Hər kəlməsində, hər cümləsində Allahı vəsf edərdi. Oruc tutar, namaz qılar, matəm saxlardı. Qonşusunda bir seyid qadın yaşayırdı. Adı Ələviyyə xanım olub. Şeyx qızı olduğu üçün dini təhsil almışdı. Cümə axşamları axşam üstü İzzət xanım tədarük görər, samovar qaynadıb, süfrə açardı. Ələviyyə xanım gecədən sübhədək Quran oxuyar, İzzət xanımla birgə namaz qılardı. İlahi, insanda nə qədər səbir, təmkin, Tanrı sevgisi olarmış?! Bu Tanrı sevgisi bitib tükənməzdi. Hər gün qıldığı namazdan sonra etdiyi duaları sakitcə övladları dinləyərmiş. Tam səssizlik hökm sürən evlərində İzzət xanımın pıçıltılarla, asta-asta etdiyi dualar evdəkilərin qəlbinə riqqətə gətirir, ürəklərində Allah nuru ilə doldurardı. İzzət xanımın çəkdiyi məşəqqət və acıların müqabilində Allahdan xalqımıza, əmin-amanlıq diləyər, balalarına can sağlığı arzulayardı. Onun Allah dərgahına qalxan əlləri titrəyəndə İzzət xanım səssiz-səmirsiz ağlayırmış.
İzzət xanım gözəllik mücəssəməsi idi. Hündür boyuna, düz mütənasib bədən biçiminə görə bütün qadınlardan seçilərdi. Zil qara saçları girdə ağ üzünə xüsusi gözəllik verirdi. Yaşıl mehriban gözlərindən süzülən nurani baxışları ilə üzü şəfəqlənərdi. İzzət xanım zərif üz cizgilərini fotoşəkildən də müşahidə etmək olar. Naxçıvanda qadınlar çadra örtərdilər. Qonşu qadınlar adətən, toya-yasa gedəndə məclis paltarlarında olardılar. İzzət xanımım qızı Şəfiqə xanımın sözlərindən: “Mən bu qadınlarla anamı müqayisə etməyi sevərdim. Qonşu qadınların çadralarının səliqəli olub-olmamasına diqqət edərdim. Çünki anam özü səliqəli, təmiz geyindiyi kimi məni də tərtəmiz, səliqəli geyindirməyə çalışardı.
Heydər qardaşım ona Leninqraddan markizet parça almışdı, Qadınlardan birinin çadrası uzun-gödək, yaxud əyri, digərininki əzik və çirkli olanda təəccüb edərdim. Elə qadınlar vardı ki, çadrasını büküb qoltuğuna vurardı. O zaman açıq-aşkar hiddətlənərdim ki, bu qadınlar nə üçün anam kimi səliqəli deyillər? Anam sandığının içərisindən paltarlarını çıxaranda gülab ətri bütün evi bürüyərdi. Çadrası həmişə ütülü, tərtəmiz olardı. Mən elə uşaqlıqdan diqqətcil olmuşam. Baxardım ki, qonşu qadınlar bir çadra ilə həm xeyir-şərə, həm məclisə, həm də bazara gedirdilər. Mən anamda heç vaxt bunu müşahidə etməmişdim. Onun məclis çadrası vardı. Məclisdən qayıdan kimi o çadrasını ipin üstünə atıb bir az havaya verərdi. Sonra ütüləyər, səliqə ilə qatlayıb sandığa qoyardı. Həmin çadranı başqa heç yerə örtməzdi. O biri çadralarını da bu cür səliqə ilə ütüləyib, qatlayıb sandığa yığardı. Anamın çox gözəl parçadan qat-qat yubkası, üstündən isə hər iki tərəfində bir qat incə bükməsi olan çiçək kimi təmiz, elə öz yubkasının parçasından düyməli qoftası vardı.
50-ci illərdə Heydər qardaşım Leninqradda oxuyanda anam üçün yeri tünd göy, üstündə tək-tək açıq qırmızıya çalan gül buketləri olan markizet parça gətirmişdi. Anam ondan özünə çadra tikmişdi. Elə gözəl yaraşırdı ki, gözlərimi ondan çəkə bilmirdim.
Paltarın içinə gül ləçəkləri düzərdi
Anamın geyim- gecimi yadımdan heç çıxmır. Hamısını zövqlə geyərdi. Qara fanel parçadan yubka-qoftası vardı. Parçanın üstündəki bənövşələr göz oxşayırdı. Ən çox yaddaşımda “gecə-gündüz” deyilən ağ, üstündə yabanı yonca gülləri parıldayan paltar qalıb. Anam onu yuyub, ütüləyəndə yanında dayanıb baxardım. Qatları bir-bir ütüləyərdi. Sonra qoftası ilə bir yerdə qatlayıb sandığa qoyar, üstünə qızıl gül ləçəkləri bükülmüş parça qoyardı. Çadralarına isə gülab səpib, üst-üstə sandığa yığardı. Anamın sandığında hər fəslə münasib nə isə olardı. Payızda sandığa heyva düzərdi. Heyvanın ətri paltarlarına hopardı.
Naxçıvanda iqlim elədir ki, meyvə çürümür, büzüşüb quruyur, ancaq xarab olmur. Anam hər fəslin gülünü, meyvəsini toplar, mürəbbə, gülab hazırlardı. Artığını isə saxlardı. Qızıl gül ləçəklərini kölgədə qurudub, paltarları arasına yığardı, gülabından ətir kimi istifadə edərdi. Heyvadan da həmçinin”.
İzzət xanım hamının xeyrinə-şərinə yaramaqla bərabər ona müraciət edən hər kəsə əl tutardı. Evləri məscid qapısı kimi hamının üzünə açıq idi. Una, sabuna, yarmaya gələn adamlardan heç birini əliboş geri qaytarmazdı. İzzət xanım olduqca qənaətcil, ehtiyatlı bir qadın idi. Həyat yoldaşı Əlirza kişi dəmiryolçu olduğu üçün onlara torpaq sahəsi və tonla buğda verilirdi. Bu çətin illərdə evlərində lavaş əskik olmazdı.
İzzət xanımın qızı Şəfiqə xanımın sözlərindən: “Bizim kənddə Sisyandan qohumlarımız vardı. Xüsusən də əmim bizə çox şey göndərərdi. O ağır günlərdə kəndlə əlaqəmiz bizə böyük dayaq idi. Naxçıvandan beş kilometr kənarda da qohumlarımız çox idi. Böyük qaysı bağları vardı. Göndərilən hər bir meyvəni anam bişirər, qənaətlə işlədərdi. Axı o, qardaşı uşaqlarının da ümid yeri idi. Anamın cəfakeşliyindən, ürəyiaçıqlığından bütün məclislərdə ağız dolusu danışırdılar.
Yay olanda evimizdə nə vardısa həyətimizə köçərdi. Yorğan-döşək, qab-qaşıq. Ev bomboş olardı. İsti hava olduğu üçün həyətimizdəki taxtda yatardıq. Müharibənin ağırlığı bütün ailələrin üstünə çökmüşdü. Kənddə Xurşud xanım adlı bir qadın yaşayırdı. Əri cəbhəyə getdiyi üçün beş uşağın əzab-əziyyətini çəkmək məsuliyyəti onun üstünə düşmüşdü. Anam ona əl tutardı. İsti yay gecələrindən biri idi. Saat üç olardı. Xurşud xanımın uşaqlarının ağlaşma səsi bizi yuxudan oyatdı. Anam dözmədi. Gedib astadan Xurşud xanımı çağırdı ki, ay qonşu, bu uşaqlar niyə ağlayırlar? Xurşud xanım məhzun-məhzun “Neynim, a İzzət bacı?-dedi- Acdırlar, yata bilmirlər”. Anam əlini ürəyi üstünə qoymuşdu. Üzünə hopan iztirab ay işığında aydın sezilirdi. Tələsik addımlarla evə keçib xeyli lavaş və pendir götürdü. Uşaqların anasına verib geri döndü. Mən onun taxtın kənarında əyləşib başını əlləri arasına almağına, fikirləşdiyinə tamaşa etdim. Artıq Xurşud xanımın həyətindən səs gəlmirdi. Anamın isə yuxusu ərşə çəkilmişdi. O, sübhə qədər yatmadı. Çünki mən gözlərimi açanda onu beləcə fikir-xəyal ümmanında gördüm. Həmin gündən etibarən anamın bir qayğısı da artmışdı”.Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR
Görkəmli dövlət xadimi Heydər Əliyevin bacısı Şəfiqə Əliyevanın “Mənim anam” kitabından seçmələr…
İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdli kəndində anadan olub. Bu kənd Zəngəzurun bağ-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçilirmiş. Kəndin özülünü ulu baba Comərd qoyub. Onlar iki qardaş olublar: Comərd və qardaşı Alagöz Məhəmməd. İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir. Comərdli kəndində yaşayanların hamısı bu tayfadan hesab olunur. Dağ qızı olan İzzət xanım elə dağ kimi də uca, əzəmətli, vüqarlı olub. Füsunkar gözəlliyi, qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənib. Ağır təbiətli, utancaq olduğu üçün babası onu çox sevərmiş.
Ermənilərin Zəngəzur torpağına olan təcavüzü İzzət xanımın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir. Öz torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə – Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşırlar. Həyat yoldaşı rəhmətlik Əlirza və İzzət xanım isə Naxçıvana gəlirlər. Lakin İzzət xanımın çəkdiyi müsibətlərin hamısından dəhşətlisi Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin meyiti onu sarsıdıb. İzzət xanım qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il İzzət xanım bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona verirlər. Özü nəql edirdi ki, “qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim”. Məsmə, Səkinə, Rzaqulu, Humay…Onlar İzzət xanım üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər”.
İzzət xanım oğlanlarından abır edər, bir dəfə də olsun, başıaçıq onlarla üzbəüz oturmazdı. İzzət xanımın oğlanlarının ağlı kəsəndən onu bir dəfə də olsun, başı açıq görmədilər. İzzət xanımın qızı Şəfiqə xanımın söylədiklərundən: “Hətta xatirimdədir, bir dəfə mən evdə onun başını darayardım. Qəflətən qapı döyüldü. Anam Heydər qardaşımın gəldiyini duyub tez kəlağayısını başına örtdü. Ana-övlad pərdəsini anam əvvəldən bu cür hörmət saxlamaqla qoruyurdu”.
İzzət xanımbütün varlığı ilə Allaha bağlı olan bir qadın olub. Hər kəlməsində, hər cümləsində Allahı vəsf edərdi. Oruc tutar, namaz qılar, matəm saxlardı. Qonşusunda bir seyid qadın yaşayırdı. Adı Ələviyyə xanım olub. Şeyx qızı olduğu üçün dini təhsil almışdı. Cümə axşamları axşam üstü İzzət xanım tədarük görər, samovar qaynadıb, süfrə açardı. Ələviyyə xanım gecədən sübhədək Quran oxuyar, İzzət xanımla birgə namaz qılardı. İlahi, insanda nə qədər səbir, təmkin, Tanrı sevgisi olarmış?! Bu Tanrı sevgisi bitib tükənməzdi. Hər gün qıldığı namazdan sonra etdiyi duaları sakitcə övladları dinləyərmiş. Tam səssizlik hökm sürən evlərində İzzət xanımın pıçıltılarla, asta-asta etdiyi dualar evdəkilərin qəlbinə riqqətə gətirir, ürəklərində Allah nuru ilə doldurardı. İzzət xanımın çəkdiyi məşəqqət və acıların müqabilində Allahdan xalqımıza, əmin-amanlıq diləyər, balalarına can sağlığı arzulayardı. Onun Allah dərgahına qalxan əlləri titrəyəndə İzzət xanım səssiz-səmirsiz ağlayırmış.
İzzət xanım gözəllik mücəssəməsi idi. Hündür boyuna, düz mütənasib bədən biçiminə görə bütün qadınlardan seçilərdi. Zil qara saçları girdə ağ üzünə xüsusi gözəllik verirdi. Yaşıl mehriban gözlərindən süzülən nurani baxışları ilə üzü şəfəqlənərdi. İzzət xanım zərif üz cizgilərini fotoşəkildən də müşahidə etmək olar. Naxçıvanda qadınlar çadra örtərdilər. Qonşu qadınlar adətən, toya-yasa gedəndə məclis paltarlarında olardılar. İzzət xanımım qızı Şəfiqə xanımın sözlərindən: “Mən bu qadınlarla anamı müqayisə etməyi sevərdim. Qonşu qadınların çadralarının səliqəli olub-olmamasına diqqət edərdim. Çünki anam özü səliqəli, təmiz geyindiyi kimi məni də tərtəmiz, səliqəli geyindirməyə çalışardı.
Heydər qardaşım ona Leninqraddan markizet parça almışdı, Qadınlardan birinin çadrası uzun-gödək, yaxud əyri, digərininki əzik və çirkli olanda təəccüb edərdim. Elə qadınlar vardı ki, çadrasını büküb qoltuğuna vurardı. O zaman açıq-aşkar hiddətlənərdim ki, bu qadınlar nə üçün anam kimi səliqəli deyillər? Anam sandığının içərisindən paltarlarını çıxaranda gülab ətri bütün evi bürüyərdi. Çadrası həmişə ütülü, tərtəmiz olardı. Mən elə uşaqlıqdan diqqətcil olmuşam. Baxardım ki, qonşu qadınlar bir çadra ilə həm xeyir-şərə, həm məclisə, həm də bazara gedirdilər. Mən anamda heç vaxt bunu müşahidə etməmişdim. Onun məclis çadrası vardı. Məclisdən qayıdan kimi o çadrasını ipin üstünə atıb bir az havaya verərdi. Sonra ütüləyər, səliqə ilə qatlayıb sandığa qoyardı. Həmin çadranı başqa heç yerə örtməzdi. O biri çadralarını da bu cür səliqə ilə ütüləyib, qatlayıb sandığa yığardı. Anamın çox gözəl parçadan qat-qat yubkası, üstündən isə hər iki tərəfində bir qat incə bükməsi olan çiçək kimi təmiz, elə öz yubkasının parçasından düyməli qoftası vardı.
50-ci illərdə Heydər qardaşım Leninqradda oxuyanda anam üçün yeri tünd göy, üstündə tək-tək açıq qırmızıya çalan gül buketləri olan markizet parça gətirmişdi. Anam ondan özünə çadra tikmişdi. Elə gözəl yaraşırdı ki, gözlərimi ondan çəkə bilmirdim.
Paltarın içinə gül ləçəkləri düzərdi
Anamın geyim- gecimi yadımdan heç çıxmır. Hamısını zövqlə geyərdi. Qara fanel parçadan yubka-qoftası vardı. Parçanın üstündəki bənövşələr göz oxşayırdı. Ən çox yaddaşımda “gecə-gündüz” deyilən ağ, üstündə yabanı yonca gülləri parıldayan paltar qalıb. Anam onu yuyub, ütüləyəndə yanında dayanıb baxardım. Qatları bir-bir ütüləyərdi. Sonra qoftası ilə bir yerdə qatlayıb sandığa qoyar, üstünə qızıl gül ləçəkləri bükülmüş parça qoyardı. Çadralarına isə gülab səpib, üst-üstə sandığa yığardı. Anamın sandığında hər fəslə münasib nə isə olardı. Payızda sandığa heyva düzərdi. Heyvanın ətri paltarlarına hopardı.
Naxçıvanda iqlim elədir ki, meyvə çürümür, büzüşüb quruyur, ancaq xarab olmur. Anam hər fəslin gülünü, meyvəsini toplar, mürəbbə, gülab hazırlardı. Artığını isə saxlardı. Qızıl gül ləçəklərini kölgədə qurudub, paltarları arasına yığardı, gülabından ətir kimi istifadə edərdi. Heyvadan da həmçinin”.
İzzət xanım hamının xeyrinə-şərinə yaramaqla bərabər ona müraciət edən hər kəsə əl tutardı. Evləri məscid qapısı kimi hamının üzünə açıq idi. Una, sabuna, yarmaya gələn adamlardan heç birini əliboş geri qaytarmazdı. İzzət xanım olduqca qənaətcil, ehtiyatlı bir qadın idi. Həyat yoldaşı Əlirza kişi dəmiryolçu olduğu üçün onlara torpaq sahəsi və tonla buğda verilirdi. Bu çətin illərdə evlərində lavaş əskik olmazdı.
İzzət xanımın qızı Şəfiqə xanımın sözlərindən: “Bizim kənddə Sisyandan qohumlarımız vardı. Xüsusən də əmim bizə çox şey göndərərdi. O ağır günlərdə kəndlə əlaqəmiz bizə böyük dayaq idi. Naxçıvandan beş kilometr kənarda da qohumlarımız çox idi. Böyük qaysı bağları vardı. Göndərilən hər bir meyvəni anam bişirər, qənaətlə işlədərdi. Axı o, qardaşı uşaqlarının da ümid yeri idi. Anamın cəfakeşliyindən, ürəyiaçıqlığından bütün məclislərdə ağız dolusu danışırdılar.
Yay olanda evimizdə nə vardısa həyətimizə köçərdi. Yorğan-döşək, qab-qaşıq. Ev bomboş olardı. İsti hava olduğu üçün həyətimizdəki taxtda yatardıq. Müharibənin ağırlığı bütün ailələrin üstünə çökmüşdü. Kənddə Xurşud xanım adlı bir qadın yaşayırdı. Əri cəbhəyə getdiyi üçün beş uşağın əzab-əziyyətini çəkmək məsuliyyəti onun üstünə düşmüşdü. Anam ona əl tutardı. İsti yay gecələrindən biri idi. Saat üç olardı. Xurşud xanımın uşaqlarının ağlaşma səsi bizi yuxudan oyatdı. Anam dözmədi. Gedib astadan Xurşud xanımı çağırdı ki, ay qonşu, bu uşaqlar niyə ağlayırlar? Xurşud xanım məhzun-məhzun “Neynim, a İzzət bacı?-dedi- Acdırlar, yata bilmirlər”. Anam əlini ürəyi üstünə qoymuşdu. Üzünə hopan iztirab ay işığında aydın sezilirdi. Tələsik addımlarla evə keçib xeyli lavaş və pendir götürdü. Uşaqların anasına verib geri döndü. Mən onun taxtın kənarında əyləşib başını əlləri arasına almağına, fikirləşdiyinə tamaşa etdim. Artıq Xurşud xanımın həyətindən səs gəlmirdi. Anamın isə yuxusu ərşə çəkilmişdi. O, sübhə qədər yatmadı. Çünki mən gözlərimi açanda onu beləcə fikir-xəyal ümmanında gördüm. Həmin gündən etibarən anamın bir qayğısı da artmışdı”.






