HƏMAS İsraili ittiham etdi: Meyitlərin qaytarılması buna görə ləngiyir

HƏMAS əsirlərin meyitlərinin qaytarılmasının gecikməsində İsraili günahlandırıb.

HƏMAS verdiyi açıqlamada gecikmə səbəbi kimi İsrailin texnikanı əraziyə buraxmamasını göstərib.

“İsrailli əsirlərə aid bəzi meyitlər tunellərdə və İsrailin bombardmanları nəticəsində dağıdılan binaların altında qalıb. Bu gecikmə İsrailin xilasetmə vasitələrini Qəzzaya buraxmamasından qaynaqlanır. Buna görə tamamilə İsrail hökuməti məsuliyyət daşıyır”, – açıqlamada qeyd olunub.

HƏMAS sözçüsü Hazem Qasim beynəlxalq ictimaiyyətin Qəzzada dağıntılar altında qalan on minlərlə fələstinlinin meyitlərinə, bir neçə İsrail əsgərinin meyitinə göstərildiyi kimi diqqət göstərilmədiyini bildirib.