Hər iki dünyamız peşmançılıqdan uzaq olsun

0
250

Bəlli bir yaş dövründən sonra həyatdakı gözəllikləri, boşluqları düşünmək bir az ağrılı olur. Təkcə özünü düşünənlərdən fərgli olaraq çoxumuz həyatı qabiliyyətlərdən və xoş günlərdən məhrum olanları da düşünürük. Bu isə xoşbəxtliyin tamına zərbə vurur. Bu zərbə optimist və pessimist insanlar arasında fərqli olur. Ehtiyacı olan insanlara fiziki və maddi yardımımız da həmçinin….
Təsəllimiz hansısa ehtiyacı olanı sevindirmək olur.
Qəlblərin həyat vurğunluğu isə hər kəsdə eynidir.
Əbədi dünyaya bu vurğunluğu daşıyacaq hər kəs bacarıqlarından istifadənin məhdudluğuna peşman olacaq.
Bu peşmançılığın hər iki dünyada yaşanmaması üçün xoş bacarıqlarımızı bir-birimizdən əsirgəməməliyik. O zaman xoşbəxtliyin ağrılı mütənasibliyi daha yüngül olar.
Ağrılar yaşayan hər kəsin xoş günləri də olur. O xoş günlərdə payı olanların xoşbəxtliyi isə əvəzolunmazdır.
Bu əvəzolunmazlıqlar hər zaman həyatımızı idarə etsin deyə unutqanlıqdan uzaq olmalı, xeyirxahlığa yol açmalıyıq. O zaman xoşbəxtliyimizin yolu da daim açıq olacaq.

Sənubər