Goranboyda bir quyunun sirri – VİDEO

0
442

Goranboyun Nərimanlı kəndində həm maraqlı, həm də təhlükə yarada biləcək hadisə baş verib.

Sakinlər səhər küçənin bir hissəsinin çökdüyünə şahidlik ediblər.

Bildirilir ki, günbəgün uçub dərinliyi artan quyu həm marağa səbəb olur, həm də küçənin kiçik sakinləri üçün təhlükə yaradır. Ərazidə avtomobillərin hərəkəti zamanı da həyacanlı anlar yaşanır.

Goranboyun Nərimanlı kəndində illər öncə neft-kəşfiyyat quyuları qazıldığından yerli sakinlər yaranan quyunun onunla əlaqəli olmasını iddia edirlər. Onlar aidiyyəti qurumların əraziyə baxış keçirdiyini də bildiriblər.

Goranboy rayon Nərimanlı kənd icra nümayəndəsi Nüşirəvan Əliyev bildirdi ki, kəndin həmin küçəsinə baxış keçirilib. Yarana biləcək təhlükənin qarşısının alınması üçün işlərə başlanılıb.