Bu gün səhər saatlarından etibarən dünyanın ən çox istifadə olunan platformaları “Google” və “YouTube”-a girişdə problemlər yaşanır.
İstifadəçilər axtarış nəticələrinin gec yükləndiyini, “YouTube” videolarının isə açılmadığını qeyd ediblər.
Mütəxəssislər bildirir ki, problemlərin infrastruktur nasazlığı, kiberhücum, sistem yeniləməsi zamanı yaranan texniki səhv kimi əsas 3 səbəbi ola bilər.
Qeyd edək ki, haləlik platformalardan məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.




