Flora Kərimovanın son durumu açıqlandı

Xalq artisti Flora Kərimova yaxşıdır, evindədir.

Milli.Az xəbər verir ki, bu barədə açıqlamasında sənətkarın köməkçisi Əli Davud deyib.

“Hər şey qaydasındadır. Həmişəki kimi müalicəsini davam etdirir. Müayinə üçün xəstəxanaya gedib-gəlir. Səhhəti nəzarət altındadır”, – o bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında xalq artistinin səhhəti pisləşib və müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.