Ev ala bilməyən gənc ailələrin NƏZƏRİNƏ! – Bu şəxslərə 50 min manat ipoteka krediti veriləcək -video

0
329

Bəzən elə vətəndaşlar olur ki, ev sahibi olmaq və ipoteka kreditlərindən faydalanmaq istəyirlər. Lakin bu sahədə bəzi güzəştlərin edilməsini istəyir.

Güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı yeniliklərin olacağı böyük maraqla gözlənilir.

Mövzu ilə bağlı İKZF-nin İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev “ARB-24″ün efirində mövcud sualları cavablandırıb:

“İpoetka kreditləri ödəniş qabiliyyətli və şəxsi yığımları davamlı və sabit xarakter daşıyan əhali qrupu üçün nəzərdə tutulub. Hər bir şəxs ipoteka krediti götürməmişdən əvvəl özünün qiymətləndirilməsini həyata keçirməlidir. Bunun üçün fondun internet səhifəsində ipoteka kalkulyatoru da var. Hər bir şəxs orada ona düşən maksimum kredit məbləğini müəyyənləşdirə bilər.

Tutaq ki, iki nəfərdən ibarət gənc ailədir və ümumi gəlirləri 850 AZN təşkil edir. Hazırda ölkə üzrə yaşayım minimumu 196 manatdır. İki nəfər üçün bu rəqəm 392 manat təşkil edir. Belə olan halda vətəndaşın 50 min manat ipoteka krediti götürə bilər”.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://baku.ws/video2/v.php?v=1857919