Ermənistanda hərbi xidmət müddəti azaldıldı – Paşinyan müraciət yaydı

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə məcburi hərbi xidmət müddətinin azaldıldığını elan edib.

O bu barədə “Telegram” kanalında video yayımlayıb.

“2026-cı il yanvarın 1-dən ölkədə məcburi hərbi xidmət müddəti iki ildən bir il yarıma endiriləcək”, – deyə Paşinyan videomüraciətdə bildirib.

Qeyd edək ki, qərar Ermənistan Müdafiə Nazirliyi ilə aparılan müzakirələr nəticəsində qəbul edilib.