Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür

Ermənilərin Azərbaycanın Qarabağ bölgəsindəki daha bir “abidəsi” yerindən götürülür.

Bu barədə məlumat verilib. Bildirilib ki, Ağdərə ərazisində quraşdırılan və ermənilərin abidə kimi ziyarət etdiyi Piyadanın Döyüş Maşını – BMP sökülür.

Qeyd edək ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Azərbaycan Ordusunun vurduğu həmin BMP sonralar Ağdərədə abidə kimi yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl ermənilərin Şuşanın girişinə yerləşdirdiyi, vaxtilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun vurduğu “T-72” tankının abidəsi sökülərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.