Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnamənin 4.4-cü bəndində dəyişiklik edilib.
Belə ki, sənəddə qeyd olunan “6000000 (altı milyon)” məbləği “1000000 (bir milyon)” məbləği ilə əvəz olunub.




