Ədliyyə naziri yeni qərar imzaladı

Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısı genişləndirilib.

Bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, siyahıya aşağıdakı ekspertiza növü və ixtisası əlavə edilib:

Sıra №Məhkəmə ekspertizasının növü Ekspert ixtisası
21Məhkəmə yerquruluşu ekspertizası21,1Məhkəmə yerquruluşu obyektlərinin tədqiqi