Rusiya və Ukrayna arasında danışıqların ehtimal olunan üçüncü raundunun İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.
Bu barədə “RİA Novosti” danışıqların təşkilatçılarından birinə istinadən məlumat yayıb.
Rusiya və Ukrayna arasında danışıqların yeni raundu iyulun 24-25-də baş tutacaq.
“İclasın keçirildiyi yerin bağçasında mətbuat üçün media parkı təşkil olunacaq. Əraziyə giriş görüş günü səhər saat 08:00-dan (Bakı vaxtı ilə 09:00) mümkün olacaq”, – agentliyin mənbəsi bildirib.
O əlavə edib ki, nümayəndə heyətləri tədbirin keçirildiyi yerdə mətbuat konfransları keçirə bilərlər. Bu görüşlər üçün iki ayrı zal hazırlanacaq.
Rusiya və Ukrayna arasında daha əvvəl iki raund birbaşa danışıqlar reallaşdırılıb, görüşlər İstanbulda olub.
Onların nəticəsi əsirlərin mübadiləsi oldu. Bundan əlavə, tərəflər münaqişənin həllinə dair memorandum layihələri mübadiləsi aparıblar.




