Dünyanın ən qorxulu hava limanı nəhəng stadiona çevrildi

Dünyanın ən qorxulu hava limanlarından biri 30 ildən sonra nəhəng stadiona çevrilib.

Bu barədə CNN məlumat yayıb.

Söhbət vaxtilə çətin enişləri ilə məşhur olan Honq-Konqun Kai Tak hava limanından gedir.

Hazırda onun yerində 50 min yerlik stadion tikilib.

Stadion həm də Honq-Konqun ən böyük illik gecə əyləncəsi olan “Rugby Sevens” üçün yeni məkan olub.

Qeyd edək ki, hava limanı 1998-ci ildən qapanmışdı.