Ceyms Berrouz vəfat etdi

Ceyms Berrouz vəfat edib.

“The New York Times” xəbər verir ki, tanınmış rejissor 85 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Ceyms Berrouz televiziya tarixində mühüm iz qoymuş yaradıcılar sırasında yer alır. O, ümumilikdə 11 “Emmy” mükafatına layiq görülüb.

Rejissor “The Mary Tyler Moore Show”, “The Bob Newhart Show”, “Taxi”, “Frasier”, “Friends” və “The Big Bang Theory” kimi dünya miqyasında məşhur olan serialların çəkilişində iştirak edib.

Qeyd olunur ki, Berrouz karyerası ərzində 75 serialın pilot bölümünü çəkib və onlardan bir çoxu sonradan uğurlu televiziya layihələrinə çevrilib.