Formula 1 təşkilatçılığı Portuqaliyanın Qran-Prinin mərhələləri cədvəlinə qayıdacağını açıqlayıb.
Bu barədə çempionatın mətbuat xidməti məlumat verib.
Razılaşma iki mövsümü əhatə edir – 2027 və 2028-ci illər. Yarışlar “Autódromo Internacional do Algarve” avtodromunda, yəni Portimao Avtodromunda keçiriləcək.
Portuqaliya Qran-Prisi əvvəllər 1958–1960 və 1984–1996-cı illərdə təşkil olunub, lakin həmin dövrdə yarışlar Eştoril, Boavişte, Kaşkayş və Monsanto-Park avtodromlarında baş tutub.
Portimaoda isə yarışlar 2020 və 2021-ci illərdə keçirilib və hər iki Qran-Prini Lüis Hemilton qazanıb. Portuqaliyaya qayıdış ilkin olaraq COVID pandemiyası səbəbindən təqvim genişləndirilərkən baş verib, bir il sonra isə Vyetnam Qran-Prisinin çıxarılması ilə əlaqədar olub.
Portuqaliyada ən çox qələbə qazananlar isə Alen Prost və Neycel Mansen olub – hər biri üç dəfə qalib gəlib.




