Rusiya dünyada ilk hidrogenlə işləyən dron hazırlayır.
Bu barədə Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk məlumat verib.
“Hazırda dünyanın ilk hidrogenlə işləyən dronunu hazırlayırıq”, – deyə o qeyd edib.
Kovalçuk xatırladıb ki, dünyada ilk hidrogenlə işləyən təyyarəni də SSRİ hazırlayıb. O, əvvəllər Rusiyanın ən yeni silahlarının hazırlanmasının 1940-cı illərin sonlarında sovet alimlərinin tədqiqatlarına əsaslanaraq başladığını bildirib.




