Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəş Qədələ şəhidlərindən Şəhid Səmədov Xəyyamın yer aldığı ” Sevdası yarım qalmış sevdalılar” və Şəhid Məhəmməd Qarayevin yer aldığı “Qəhrəman analar ” adlı kitablarının təqdimatı şəhid Məhəmməd Qarayevin ev muzeyində keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, təşkilat rəhbərləri iştirak etdilər. Esmira Günəş kitabla bağlı geniş məlumat verərək, kitablarını şəhid ailələrinə təqdim edib. Tədbirin sonunda şəhid ailələri ilə birlikdə şəkil çəkdirib və şəhidlərin məzarlarını ziyarət edib.
Allah rəhmət eləsin şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri











