Bu gün İsmayıllı rayon şəhid Vüsalın 5-ci il dönümü qeyd olundu

 
Tədbirdə İsmayıllı şəhid ailələri, Qəbələ şəhid ailələri, digər rayonlardan gələn şəhid ailələri, rayon icra hakimiyyəti nümayəndələri, məktəb müəllimləri, şagirdlər, qazilər rayon sakinləri iştirak etdilər.

Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olundu, üzərinə gül dəstələri qoyulmuşdur.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Şəhidin anası gələn qonaqlara minnətdarlığını bildirmiş, oğlu ilə qürur duyduğunu bildirmişdir.
Məktəblilər şeirlər söyləmiş, şəhid Vüsal haqqında geniş məlumat vermişdir.

Allah rəhmət eləsin şəhidlərimizə 

Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi   Qəbələ rayon nümayəndəliyinin rəhbəri