Braziliyada 70 mindən çox şəxs infeksiyadan öldü

0
369

Braziliyada koronavirus xəstələrinin sayı son sutkada 45 min nəfərdən çox artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ötən sutkada COVID-19-a 45 048 yoluxma aşkarlanıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 1 800 827 nəfərə yüksəlib.

Ötən gün Braziliyada 1 214  nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının sayı 70 398 nəfərə çatıb.

Nazirliyin məlumatına görə, virusa yoluxmuş 1 milyondan çox insan sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb.