Birinci Sumqayıt Kitab Sərgisində Çingiz Abdullayevla birgə

0
540

Dünən Sumqayıt şəhərində Birinci Sumqayıt Kitab Sərgisi keçirildi. Tədbir Kimyaçıların Mədəniyyət Evində baş tutdu. Günün kitabsevər qəhrəmanı isə tanınmış yazıçı Çingiz Abdullayev idi. Artıq imzası dünya çapında tanınan yazıçı özünə Vətənində də geniş oxucu kütləsi qazanıb. Yazıçının imzasıyla nəşr olunan hər bir kitab öz həyəcanlı, bəzən qorxulu, bəzən dramatik hadisələri ilə oxucusunun rəğbətini qazanıb.
Zala toplaşan hər kəs yazıçını ayaqüstə alqışladı. Yazıçı öz oxucularının gur alqışları ilə zala daxil oldu. Böyükdən kiçiyə hər kəs yazıçını hörmətlə qarşıladı. Gələn qonaqlar arasında Qazilər, Şəhid ailələrinin üzvləri, məktəb şagirdləri və digər təbəqədən olan insanlar var idi.


İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov başda olmaqla, idarə heyətinin üzvləri də tədbirdə iştirak edirdi. Oxucular yazıçıya suallar verir və maraqlı cavablar alırdılar… Görüş maraqlı və yadda qalan xatirə olaraq oxucuların və qonaqların yaddaşında qaldı.

Sevinc MURADOVA
İNK mətbuat xidmətinin əməkdaşı