Baş prokurorluq kadr dəyişiklikləri ilə bağlı məlumat yaydı

0
371

Baş Prokurorluqda yenidən kadr dəyişiklikləri olub.

Bununla bağlı müvafiq əmrləri Baş prokuror Kamran Əliyev imzalayıb.

Əmrə əsasən, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Ağstafa rayon prokuroru Aslan Surxayev və Qəbələ rayon prokuroru Məqsəd Orucov tutduqları vəzifədən azad ediliblər.

K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cavabında faktı təsdiqləyib.

Qeyd edib ki, həmin şəxslər qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunublar.