Bakıda zəncəfilin qiyməti ÜÇ DƏFƏ aşağı düşdü

0
459

Covid-19 virusu hələ yenicə yayılmağa başlayanda onunla mübarizə üşün müxtəlif yollar təklif olunurdu.
İnternetdə və sosial şəbəkələrdə yeni növ koronavirusa yoluxmanın qarşısını almaq üçün təklif edilən vasitələrdən biri də zəncəfildən istifadə idi.
Bəzi sosial şəbəkə istifadəçilərinin, hətta həkimlərin zəncəfilin “koronavirusa qalib gəldiyi” barədə təkidlərindən sonra Azərbaycanda onun bir kiloqramının qatış qiyməti  9-10 manatdan 45-50 manatadək yüksəldi.
İnsanlar kütləvi şəkildə zəncəfil almağa axışırdılar.
Ancaq Azərbaycanın baş infeksionisti Cəlal İsayev yerli mətbuata açıqlamasında “zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur” sözlərindən sonra bu ədviyyata olan inam bir qədər zəiflədi.
Modern.az-ın məlumatına görə, artıq dükab-bazarda zəncəfilin qiymətində kəskin eniş baş verib. Belə ki, bu gün bazarlarda zəncəfil əvvəlki kimi 12-13 manata təklif olunur. Bəzi marketlərdə isə qiymət bir qədər də aşağı düşüb – 6 manat.