Azad edilmiş ərazilərə köçürülənlər harada səs verəcəklər?

“Növbədənkənar prezident seçkisinə qədər işğaldan azad edilmiş ərazilərə köçürülmə olarsa, onlar elə orada səs verə biləcəklər”. 

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır:

“Hazırda azad edilmiş ərazilərdə 23 mindən çox seçici var. Hər məntəqəyə isə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir. Yeni seçicilər gedərlərsə, köç olarsa, altı ay tamamlanmasa da, biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, orada səs verə bilsinlər”.