“Azərterminalkompleks”də ilkin rütbə məsələsi: uzun illər rütbəsiz işləyən əməkdaşlar sual altındadır


Azərbaycan Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks”
Birliyində əməkdaşlara xüsusi rütbələrin verilməsi prosesi uzun müddətdir müzakirə
mövzusudur. Apardığımız araşdırmalara görə, bəzi əməkdaşlar illərlə inspektor vəzifəsində
çalışsalar da, hələ də ilkin rütbə ilə təmin olunmayıblar. Bu praktika isə xidmətin əsas prinsipləri

  • bərabərlik, şəffaflıq və ədalət prinsipləri ilə uzlaşmır.
    Məlumata görə, DGK sədri Şahin Bağırov “Azərterminalkompleks”də ilkin rütbələrin verilməsinə
    ikili standartlarla yanaşır. Yəni müəyyən dövrlərdə yalnız bir qisim əməkdaşlar ilk rütbə alır,
    digərləri isə illərlə gözləməli olur. Onsuzda illərlə hüquqları pozulmuş bu əməkdaşlar niyə eyni
    vaxtda rütbə ilə təmin edilmirlər? Niyə vaxtı keçmiş ilkin rütbələr mərhələli şəkildə verilir? Bu
    “seçmə üsulu” hansı meyarlarla aparılır? Təəssüf ki, suallarımıza cavab almaq üçün dəfələrlə
    DGK rəhbərliyinə şifahi və yazılı müraciət etsək də, nəticəsiz qalıb.
    “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” inspektor vəzifəsində çalışan əməkdaşlara
    xidmətə qəbul olunduqdan ən geci 6 ay (sınaq müddəti) sonra ilkin rütbə verilməsini nəzərdə
    tutur. Əgər əməkdaş illərlə bu statusdan kənarda qalırsa, artıq hüquqi və inzibati ziddiyyət
    yaranır. Eyni vəzifədə çalışan, eyni funksiyanı icra edən əməkdaşlardan bəzilərinə rütbə verilib,
    digərləri isə uzun illərdir “rütbəsiz inspektor” kimi fəaliyyət göstərir. Bu fərqli münasibət həm
    əmək qanunvericiliyinin bərabərlik prinsipinə, həm də gömrük xidmətində şəffaf idarəetmə
    anlayışına kölgə salır.
    Əmək Məcəlləsinin 16 və 25-ci maddələrinə əsasən, eyni əməyə görə bərabər münasibət və
    ayrı-seçkiliyin yolverilməzliyi prinsipi bütün sahələrdə təmin edilməlidir. Əgər eyni hüquqi statusa
    malik əməkdaşlar arasında rütbə verilməsi fərqli meyarlara əsaslanırsa, bu, qanunvericiliyin
    ruhuna uyğun deyil.
    Rütbə sadəcə formal status deyil, dövlətin öz əməkdaşına etimad rəmzidir. Əgər bu etimad
    birinə dərhal, digərlərinə illərlə sonra göstərilirsə, deməli, “Azərterminalkompleks”də rütbə
    verilməsi mexanizminin yenidən tənzimlənməsi və şəffaflaşdırılması zəruridir