Azərbaycanlı idmançılar AMADA-nın qərarından apellyasiya şikayəti verib

0
265

Pauerliftinq üzrə millimizin aparıcı üzvlərindən ikisi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qərarından şikayət edib. Bunlar Azərbaycan çempionu olmuş idmançılardır. Onların qanında qanunla qadağan olunmuş stereoid maddəsi tapılıb.

Hər iki idmançı yerli və beynəlxalq yarışlarda onlardan heç vaxt dopinq test götürülmədiyini və bu səbəbdən bunun qanunla qadağan edildiyini bilmədiyini bildirib. Həmçinin onlar müalicə aldıqları üçün tibbi dərman vasitələrindən istifadə etməyə dair əllərində sənədin olduğunu əsas gətirərək apellyasiya instansiyasına müraciət edib.

Bundan başqa, digər Azərbaycan çempionu olan üç idmançıda da dopinq testin nəticəsi pozitiv çıxıb. Daha 1 idmançı isə test verməkdən imtina edib.

Qeyd edək ki, AMADA-nın direktoru Şəfəq Hüseynli dekabr ayında qurumun verdiyi hesabat xarakterli mətbuat konfransında 5 pauerlifterdə dopinq tapıldığını bildirsə də, adları açıqlamayıb.