Azərbaycanın bütün bölgələrində ictimai nəzarət gücləndirilir -FOTO

0
853

5 ilə yaxın müddət ərzində fəaliyyət göstərən İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzi, eyni zamanda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə birgə ölkəmizdə və dünyanın bir çox yerlərində milli varlığımızın ecazkar nümunələrini, xalqımızın həyat cəbhəsindəki mübarizliyini təbliğ etməklə yanaşı, Prezidentimiz İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı ilk çağırışından bu günə qədər qanunsuzluqların aradan qaldırılması yolunda dayanmadan mübarizə aparır.
Ölkəmizin bir çox regionlarındakı İNK nümayəndəliklərində aparılan son islahatlarla bağlı məlumatlar da sosial şəbəkələrdən hər kəsə məlumdur. İNK-nın şəhər və rayon nümayəndəliklərinin rəhbər heyətlərinin təyinatı da yuxarıda qeyd etdiyimiz İctimai Birliklərin rəhbəri Rasim Məmmədovun gərgin əməyi, uzaqgörən məharəti, sarsızlmaz, saysız bacarıqlarının əksini nümayiş etdirir.
Rasim Məmmədovun tapşırıqları əsasında həyata keçirilən saysız ictimai nəzarət nümunələri yüzlərlə insanın sosial, mədəni, təhsil, səhiyyə problemlərinin həlli ilə nəticələnmişdir.
İctimai Nəzarət Koalisiyasının ölkəmizin rayonlarında qanunsuzluqlarla mübarizənin gücləndirilməsi istiqamətində növbəti addımı İNK-nın daha 6 regional nümayəndəliyinin yaradılması olmuşdur. Bunlar İNK-nın Tovuz – Qazax – Ağstafa, Qəbələ – Oğuz – Zaqatala, Gəncə – Samux – Göygöl, Sumqayıt – Abşeron – Xızı,Yevlax-Ağdaş-Mingəçevir, Şirvan-Saatlı-Sabirabad
Regional nümayəndəlikləridir. Yaxın günlərdə bu reğional nümayəndəliklərin rəhbər heyəti İNK-nın İdarə Heyətinin qərarı ilə təyin olunacaq.
İNK haqda geniş məlumatı bir daha oxucuların nəzərinə çatdırırıq:
Prezident İlham Əliyevin çağırışı ilə yaradılan İctimai Nəzarət Koalisiyası ölkəmizdə ictimai nəzarət fəlsəfəsəni reallaşdıran Vətəndaş Cəmiyyət Platformasıdır!
113 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Bİrliyi tərəfindən genişləndirilən Vətəndaş Cəmiyyəti Platformasıdır!İNK – DAMM İB, YYS İB, SİMİB-nin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə. AZ1073“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)
E-mail: [email protected][email protected]İNK – DAMMİB-SİMİB-YYSİB Analitik-İnformasiya Mərkəzi
Azərbaycanın bütün bölgələrində ictimai nəzarət gücləndirilir
Azərbaycanın bütün bölgələrində ictimai nəzarət gücləndirilir
Azərbaycanın bütün bölgələrində ictimai nəzarət gücləndirilirAzərbaycanın bütün bölgələrində ictimai nəzarət gücləndirilir