Azərbaycanda qohum evliliyi – Bələdiyyə sədri toyu gizlətməyə çalışdı

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.

Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu – xalaqızı) evlənib.

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.

Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:

“Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın”.