Azərbaycanda polis qəzaya düşdü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı qəzaya düşüb. 

Hadisə zamanı polis serjantı Tural Atakişiyev xəsarət alıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev idarə etdiyi özünə məxsus VAZ-21214 markalı avtomobillə dekabrın 29-da axşam saatlarında xidmətdənkənar vaxtda Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb:

“Qəza nəticəsində xəsarətlər alan sürücü T.Atakişiyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir”. 

Faktla bağlı araşdırma aparılır.