Azərbaycanda bu il 23 partlayış hadisəsi baş verib

Bu ilin altı ayı ərzində Azərbaycanda 23 partlayış hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında qeyd olunub.

Bildirilir ki, partlayışlar zamanı 8 nəfər həlak olub, 27 nəfər xəsarət alıb. Bu, ötən ilin I yarımilliyi ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur.