Azərbaycanda baş həkim VƏFAT ETDİ

Azərbaycanda baş həkim dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, Qubadlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əhmədov Nüsrət vəfat edib.

Qeyd edək ki, Əhmədov Nüsrət Vəliş oğlu 10 mart 1952-ci ildə Qubadlı rayonu, Sarıyataq kəndində anadan olub. O, Azərbaycan Tibb İnstitunu bitirib.1977-1981-ci illərdə Qubadlı rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt, 1981-1984-cü illərdə rayonda Məhkəmə Tibb Ekspertiza şöbəsinin müdiri işləyib. 1984 -cü ildən isə rayon Mərkəzi Xəstəxanasının baş həkimidir.

Allah rəhmət eləsin.