Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edir – FOTOREPORTAJ

0
292

Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunur.

Səhər saatlarından etibarən vətəndaşlarımız Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Hər kəsin üzündə kədər və qürur hissləri görünür. 

Anım mərasimindən hazırlanan fotoreportajı təqdim edirik: