Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi

0
213

Azərbaycanın minifutbol üzrə yığma komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/8 finalda İsraili məğlubiyyətə uğradıb – 3:0.

Növbəti mərhələdə rəqib Slovakiya – Gürcüstan matçının qalibi olacaq. Bu matç Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.