“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”

0
24

Cümşüd Nuriyev: “Əgər kimsə bizim gücümüzdən, cəsarətimizdən ilham alırsa, bunda bizim günahımız nədir?”

“Azərbaycan yalnız Yeni Kaledoniya deyil, əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”.

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, Fransanın Yeni Kaledoniya və əsarət altındakı digər xalqlara görə Azərbaycanı ittiham etməsi absurddur:

“Azərbaycan 44 günlük Vətən müharibəsində dünyanın üç sipergücü tərəfindən illərlə himayə olunan Ermənistana qalib gəldi, erməni odusunu darmadağın etdi. Bu, bütün dünyanın göz qarşısında baş verdi. Bunu bütün dünya gördü. İndi əgər Azərbaycanın bu gücündən, cəsarətindən, peşəkarlığından kimsə ilham alırsa, bunda  bizim günahımız nədir?

Azərbaycan hər zaman əzilən, haqqı tapdanan xalqların yanında olub, onlara mənəvi-siyasi dəstək verib. Bu baxımdan həm Yeni kaledoniya, həm də Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən digər xalqlar bu dəstəyi hər zaman hiss edib.

Xalqımız, dövlətimiz bundan sonra da əsarət altındakı xalqlarla bağlı həqiqətləri dilə gətirəcək, imperialist güclərin siyasətini ifşa edəcək. Əgər bu, kiməsə xoş deyilsə, bu, onun öz problemidir və bunun Azərbaycan üçün heç bir isti-soyuğu yoxdur”.