Aya yeni yarış başlayıb

0
596

Nüfuzlu “Time” jurnalı yeni sayında 1968-ci ildə nəşr olunmuş nömrəsində istifadə etdiyi qapaq fotosundan yararlanıb.

Fotoda aya tərəf qaçan kosmonavtlar təsvir edilib.

Amma jurnalın redaktorları bu dəfə müəyyən dəyişikliklər etməyə qərar veriblər.

Belə ki, ilk versiyada aya yaxınlaşan Sovet kosmonavtı və ABŞ astronavtı təsvir edilmişdisə, yeni versiyada Sovet (Rusiya) təmsilçisi ayın ətrafından “uzaqlaşdırılıb”.

Onun əvəzinə isə ABŞ, Çin astronavtları ilə yanaşı iki özəl kosmik şirkətin – “SpaceX” və “Blue Origin”in təmsilçiləri yer alıb.

Jurnalın baş məqaləsinin başlığı isə belədir: “Aya yeni yarış başlayıb: Döyüşdə fövqəldövlətlər iştirak edir, rəqib isə milyarderlərdir”.