Amerikalı fermerdən QƏRİBƏ İDDİA: Axirətdə gördüklərini danışdı

Amerikalı fermer Filip Xaşeyderin başına ağlagəlməz hadisə gəlib.

Viskonsin ştatının sakini ştanqla məşq etdikdən sonra qəfil infarkt keçirib.

O, cəmi altı dəqiqə ərzində ölməyi, dirilməyi və hətta axirəti belə hiss etdiyini iddia edir.

Fermer bildirib ki, öldüyü zaman ruhunun bədənindən çıxdığını və təcili yardım briqadasının onu reanimasiyaya apardığını görürmüş: “Özümü o qədər rahat hiss edirdim ki, həkimlərə “narahat olmayın, hər şey qaydasındadır” deyə qışqırmaq istəyirdim”.

Daha sonra Filip ölümdən sonrakı həyat haqqında danışıb. O özünü “heç bir qorxunun, ağrının olmadığı heyrətamiz bir yerdə” tapdığını söyləyib: “Özümü nəhəng bir açıq havada tapdım və başa düşdüm ki, nə səma, nə ulduz, nə ay, nə qalaktikalar var. Məhz o zaman gördüm ki, yuxarı-aşağı hərəkət etməyə davam edirəm və bunun nə olduğunu düşünməyə çalışırdım. Mənə doğru hərəkət edən enerjili dalğaların üzərində üzdüyümü də hiss edirdim”.

Həkimlər onun həyatını xilas edəndə, o, axirət dünyasına baş çəkmək təcrübəsinin təsadüfi olmadığını başa düşüb.

Fermer başına gələn ağlagəlməz hadisədən ruhlanaraq, “Əbədiyyətdə altı dəqiqə” adlı xatirə kitabı yazıb.