Almaniyada 218 azərbaycanlının işi məhkəməyə göndərildi

0
321

Almaniyada icazəsiz yaşayan 218 Azərbaycan vətəndaşının işi məhkəməyə göndərilib.

Bunu Almaniya Federal Kriminal İdarəsindən bildiriblər.

Məlumatda deyilir ki, Almaniya Federativ Respublikasının Miqrasiya Qanununun müvafiq bəndlərini pozaraq ölkədə qanunsuz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşı haqqında toplanmış materiallar yerli idarə məhkəmələrinə göndərilib. Həmin şəxslər Azərbaycanla Avropa İttifaqı arasında bağlanan “Readmisiya sazişi”nə əsasən ölkələrinə göndəriləcəklər.

Məlumat üçün bildirək ki, bu ilin noyabr ayında readmissiya haqqında saziş çərçivəsində 43 Azərbaycan vətəndaşı Almaniyadan ölkəsinə göndərilib.