Almaniya səfirliyi SSRİ bayrağını təhqir etdiyi üçün üzr istədi

Almaniyanın Moskvadakı səfirliyi Telegram kanalında müharibədən sonrakı Almaniyanın işğal zonalarının xəritəsini dərc etdiyinə və burada SSRİ bayrağı təhqir edildiyi üçün üzr istəyib.

Bu barədə diplomatik nümayəndəliyin rəsmi məlumatında deyilir.

“1945-ci ildə Almaniyanın dörd işğal zonasına bölünməsi ilə bağlı səfirliyin dünənki nəşrində səhv məlumatlarla o zamanın xəritəsi dərc edilib. Üzr istəyirik”, – bəyanatda deyilir.

Diplomatik nümayəndəlik heç bir şəkildə abunəçilərinin hisslərini incitmək istəmədiklərini və bu səbəbdən də xətanı öyrəndikdən sonra xəritəni dərhal dəyişdirdiklərini vurğulayıb.

Bundan əvvəl səfirlik SSRİ bayrağını ələ salan xəritə dərc etmişdi. Xəritədə istifadə olunan bayrağın dizaynı Adolf Hitlerin dövründə nasist Almaniyasının bayrağına bənzəyir, burada qırmızı fonda ağ dairədə qara svastika təsvir olunub.