“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı siyahısı genişləndirilib.
Belə ki, “Ədalət mühakiməsi hüququ”, “Hava hüququ və hava məkanının təhlükəsizliyi” və “Mədəniyyət hüququ” ixtisasları əlavə olunub.




