Ağsunun icra başçısı vəfat edib

0
429

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

Bunu açıqlamasında icra başçısının qohumları deyib. Məlumata görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.