Ağdamda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə ərazisində yerləşən ətriyyat mağazasında satıcı işləyən qadın bıçaqlanıb.
O, Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




