ABŞ-ın vitse-prezidenti Ci Di Vens və ABŞ dövlət katibi Marko Rubio Ukrayna sülh planı ilə bağlı mübahisə edib.
Bu barədə Britaniyanın “The Economist” jurnalı yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Nəşrin öyrəndiyi kimi, Vens əvvəlcə Ukrayna tərəfi üçün sərt planın tərəfdarı olub və hətta şərtləri ortaya qoyması üçün Vladimir Zelenskiyə zəng edib. Ağ Evin ikinci şəxsinin universitet dostu, ordu katibi Den Driskoll Kiyevə gedib və ABŞ-ın mövqeyini şəxsən Zelenskiyə çatdırıb.
“Rubio isə “ukraynalılarla razılaşma əldə edərək işləri yoluna qaytarmaq üçün çox çalışdı”, eyni zamanda hər şeydən xəbərsiz olduğunu iddia etdi”, – məlumatda deyilir.
Dövlət katibi, hətta vurğulayıb ki, plan ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və onun rusiyalı həmkarı Kiril Dmitriev tərəfindən hazırlanıb. Diplomat daha sonra “X” səhifəsində planın ABŞ tərəfindən hazırlandığını təsdiqləyib.




