ABŞ rəsmiləri “İranı biz vurmadıq” deyir – Bəs hansı ölkə hücum edib?

Xəbər verdiyimiz kimi, Buşehr vilayətində yerləşən hərbi qərargah və Konarak liman şəhəri ABŞ tərəfindən hədəfə alınıb.

Bu barədə İran dövlət mediası məlumat yayıb.

Hücumların təfərrüatı ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Bölgədə gərginliyin artdığı bildirilir.

“Al Jazeera” telekanalına danışan ABŞ rəsmiləri isə hücumlarda Vaşinqtonun iştirak etmədiyini bəyan ediblər.

Məlumata görə, hücumların Küveyt və ya Bəhreyn tərəfindən həyata keçirilmiş ola biləcəyi iddia olunur. Lakin bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.